DİM taksi sürücüləri üçün imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub.
DİM-dən YeniAvropa-ya bildirilib ki, imtahanda iştirak etmək istəyən sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.
Saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib