Yeni tədris ilində 500 bakalavr və magistr xaricdə təhsil alacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.
Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq.
Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb.
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib