8 aprel saat 23:59-da magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.
25328 bakalavr (Azərbaycan bölməsi - 23402; rus bölməsi - 1926) ərizəsini təsdiq edib.
Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb .