logo

Azərbaycanda əmək müqavilələrinin sayı 1,9 milyona yaxınlaşır

11:44 08-04-2024 | icon 2702
Azərbaycanda əmək müqavilələrinin sayı 1,9 milyona yaxınlaşır

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 437,1 min vahid artaraq bu il aprelin 1-nə 1 milyon 839 min 109-a çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 386 253 vahid artaraq 926 175 olub.

"5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - deyə məlumatda qeyd edilib.