logo

Tofiq Yaqublunun həbs müddəti uzadılıb

11:55 06-04-2024 | icon 784
Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Nərimanov rayon Məhkəməsində Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması işinə baxılıb.

YeniAvropa xəbər verir ki, Tofiq Yaqublunun barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tofiq Yaqublu, ötən il dekabr ayının 14-ü saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.