Hərbi İnstituta sənəd qəbuluna başlanılır
Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib. Tədris Azərbaycan dilində, əyani formada aparılır. Təhsil müddəti 5 ildir.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Sənədlərin qəbulu:
Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 30-dək ərizə ilə aşağıda qeyd edilən ünvanlara müraciət edə bilərlər. Ərizə qəbulu yaşayış ərazi prinsipləri nəzərə alınmaqla:
- Bakı şəhərində - Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində;
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ, Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil sektorlarında yaradılmış sənəd qəbulu mərkəzlərində;
- Naxçıvan Muxtar Respublikasında - Heydər Əliyev adına Hərbi Liseydə yaradılmış sənəd qəbulu mərkəzində aparılır.
Ərizəyə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:
1. Abituriyentin təsdiq olunmuş elektron ərizəsinin surəti;
2. Anket forması (yerində doldurulur);
3. Oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
4. Tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);
5. Doğum haqqında şəhadətnamənin surəti;
6. Şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış;
7. Nikah və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (evli və uşaq olduqda);
8. Ailə tərkibi və yaşayış yeri haqqında arayış;
9. Rəngli fotoşəkil (baş geyimsiz, anfas), 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
10. 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri;
11. Tibb üzrə: Elektrokardioqramma, qanın və sidiyin ümumi analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara və Hepatit C və Hepatit B-yə dair müayinələrinin nəticələri, psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Qeyd: Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Hərbi İnstituta qəbul aşağıdakı qaydada həyata keçirilir:
1. Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizədlər siyahısına daxil edilmirlər.
2. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir və onlar qəbul imtahanı verirlər.
Qəbul imtahanları I, II və III ixtisas qruplarının fənləri üzrə keçirilir.
3. Qəbul imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub.
İmtiyazlar:
- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
- təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin olunması;
- məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi;
Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə sənəd qəbulu mərkəzlərində bildiriləcək.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: *0811 (həftənin iş günləri, saat 09:00-dan 18:00-dək)
Veb-ünvan: www.mmu.edu.az
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava