logo

Cəlilabadda həmkəndlisini güllələyən şəxs saxlanılıb

09:49 06-04-2024 | icon 756
Cəlilabadda həmkəndlisini güllələyən şəxs saxlanılıb

Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.