logo

"Şahdağ"da qış turizm mövsümü başa çatıb

12:02 02-04-2024 | icon 1127
"Şahdağ"da qış turizm mövsümü başa çatıb

"Şahdağ" Turizm Mərkəzində qış mövsümünə yekun vurulub.

YeniAvropa xəbər verir ki, aprelin 1-dən etibarən mərkəzdə qış mövsümünün bağlanışı elan edilib və bütün xizək yamacları fəaliyyətini mövsümi olaraq yekunlaşdırıb.

Bundan əlavə mərkəzdəki “Gaya Residences” və “Zirvə” hotelləri də yay mövsümünün açılışınadək fəaliyyət göstərməyəcək. “Shahdag Hotel & SPA” isə ilboyu "Şahdağ"da istirahət etmək istəyənlərin xidmətindədir.

"Şahdağ" Turizm Mərkəzində artıq yay mövsümünün hazırlıqlarına başlanılıb.