logo

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Azərbaycana gəlib

15:35 01-04-2024 | icon 1253
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Azərbaycana gəlib

Aprelin 1-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb. Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.