İlham Əliyev Rumıniyanın energetika nazirini qəbul edib
Prezident İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib.
Azərbaycan prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək, dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək, ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğulayıb.
Sebastiyan İoan Burduja İlham Əliyevə prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin, Bakının gözəlliyinin və inkişafının onlarda dərin təəssürat doğurduğunu deyib.
Azərbaycan prezidenti təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, LNG, yaşıl enerji və qaz təchizatı layihələri üzrə müzakirələr davam edir və Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunuldu, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olunub, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirildi. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.
Söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulanıb.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava