logo

İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

15:51 19-02-2024 | icon 2359
İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

Fevralın 19-da Türkiyə prezidentinin Sarayında - Külliyedə Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyənin rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

Sonra rəsmi foto çəkdirilib.