Sabah Bakıda 16° isti olacaq
Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu olacağı ehtimalı var. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8°, bəzi yerlərdə 13-18° isti olacaq.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 16-21° isti proqnozlaşdırılır.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 15-20° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti gözlənilir.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 17-22° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 5-8°, gündüz 13-17° isti olacağı ehtimalı var.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava