Mətbuat Şurası: Saat 16:00-dək jurnalistlərdən cəmi bir müraciət daxil olub
Saat 16:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının telefon nömrələrinə cəmi bir müraciət daxil olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması mümkünsüz hesab edilib. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. Şuranın sədri Rəşad Məcid və İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, müavinlərdən Səadət Məmmədova 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 37 saylı məntəqəsində, Vüqar Zifəroğlu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və 35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin müxtəlif məntəqələrində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın İdarə Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava