Bakıda Azərbaycan-ŞƏT əməkdaşlığı müzakirə olunub
Fevralın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Can Minlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın perspektivləri, habelə növbədənkənar prezident seçkilərinə dair məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının təşkilat çərçivəsində ölkəmizin fəallığını şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.
Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qarşı tərəf, həmçinin hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
Baş katib Can Min növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək, seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.
Görüş zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava