logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

10:30 13-01-2024 | icon 665
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 82 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünün açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.