Azərbaycan-UNICEF əməkdaşlıq perspektivləri müzakirə olunub
Yanvarın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin müstəqilliyinin bərpasının ilk günlərindən BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən UNICEF-lə yaxından əməkdaşlıq etdiyini, xüsusilə Ermənistanın ərazilərimizin işğalı nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş uşaqlar üçün daha yaxşı təhsil və səhiyyə imkanlarının yaradılması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə uğurlu proqram və layihələrin həyata keçirildiyini qeyd edib.
Qarşı tərəf hazırkı postmünaqişə dövründə vətəndaşlarımızın öz evlərinə ləyaqətli qayıdışının təmini istiqamətində görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhdidinə qarşı mübarizə barədə ətraflı məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov, xüsusilə mina təhdidi ilə mübarizə sahəsində UNICEF-lə əməkdaşlıq çərçivəsində aparılan maarifləndirmə fəaliyyətindən bəhs edərək, bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini də bu təhdidə çəkməyin vacibliyini vurğulayıb.
Regina de Dominitsis UNICEF-in Azərbaycanla mövcud uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsində maraqlı olduğunu, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi cari ildə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində uşaq hüquqları sahəsində müxtəlif birgə təşəbbüslərin həyata keçirilə biləcəyini qeyd edib.
Postmünaqişə dövründə Azərbaycan tərəfindən məcburi köçkünlərin öz evlərinə qayıdışına istiqamətlənən bərpa və quruculuq fəaliyyətinin təqdirəlayiq olduğu, bu istiqamətdə UNICEF-in də prosesə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov öz növbəsində COP29-a hazırlıq prosesində ilkin planlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava