GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçib
Yanvarın 11-də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM Parlament Assambleyasının videokonfrans formatında komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,tədbirdə ölkəmizi Milli Məclisin deputatları – Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, üzvləri Əli Məsimli, Fatma Yıldırım və Cavid Osmanov təmsil ediblər.
Əvvəlcə qurumun komitələrinin onlayn birgə iclası keçirilib. Tədbirdə GUAM məkanında hərbi və təhlükəsizlik sahəsində son vəziyyət, üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq, üzv dövlətlərin iqtisadi, humanitar davamlılığına və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlmiş parlament fəaliyyəti və bir sıra digər məsələlərə baxılıb.
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbə, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri barədə danışıb, hazırda ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Ermənistan işğalından azad edilmiş ərazilərdə intensiv quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını diqqətə çatdırıb.
Nümayəndə heyətimizin üzvləri Fatma Yıldırım və Əli Məsimli çıxışlarında Ermənistan işğalı zamanı tarixi, mədəni abidələrin dağıdılmasından, ekologiya və ətraf mühitə vurulan ziyandan, bu ərazilərdə basdırılan minaların yaratdığı problemlərdən danışıblar, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa tədbirləri barədə söhbət açıblar. Deputatlar, həmçinin GUAM ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Sonra GUAM PA-nın Büro iclası olub. İclasda qurumun komitə iclaslarının nəticələri, milli nümayəndə heyətlərinin tərkibinin təsdiqi, 16-cı sessiyanın Kommünike layihəsi, növbəti iclasın tarixi və yeri ilə bağlı məsələlər nəzərdən keçirilib.
Həmin gün həmçinin GUAM Parlament Assambleyasının 16-cı sessiyası keçirilib.
Onlayn tədbirdə ölkələrin suverenliyi və ərazi bütövlüyü, parlamentlərarası əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə olunub.
Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “Dünya nizamının, suverenliyin və ərazi bütövlüyünün bərpası GUAM-a üzv dövlətlərin ali məqsədi kimi” mövzusunda çıxış edib. Deputat mövzunun aktuallığını və vacibliyini qeyd edərək, ərazi bütövlüyünün beynəlxalq hüququn vacib prinsiplərindən biri olduğunu söyləyib. O, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğalının törətdiyi fəsadlardan bəhs edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı Ermənistan silahlı qüvvələrinin dərhal Azərbaycan ərazilərini tərk etməsini tələb edən 4 qətnamə qəbul etdiyini, lakin bu sənədlərin uzun illər kağız üzərində qaldığını bildirib. Deputat bu gün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad olunmuş torpaqlara əhalinin geridönüşü üçün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə GUAM PA-nın 16-cı sessiyasının yekun sənədi olaraq Kommünike qəbul olunub.
Sessiyada GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçib.
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Faktiki hava:Şimşək çaxıb, leysan yağıb, dolu düşüb
Azərbaycan nefti 84,55 dollara satılır
Rusiya bombardmanından sonra Ukraynanın 6 regionu işıqsız qalıb
Şirvanda dələduzluq edən paytaxt sakini həbs edilib
UEFA Çempionlar Liqası:"PSJ"ni məğlub edən "Borrusiya" finalda
“Eurovision-2024”ün II yarımfinalına keçən ölkələr məlum olub
Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır