logo

İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib

13:10 26-12-2023 | icon 2177
İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.