logo

Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyin dəstəkləyib

13:53 25-12-2023 | icon 735
Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyin dəstəkləyib

Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinə dair Bəyanat qəbul edib.

YeniAvropa xəbər verir ki, bəyanat AAŞ-ın dekabrın 25-də keçirilən ümumi yığıncağında qəbul edilib.

Bəyanatda deyilir: “Biz ağsaqqallar 30 il əvvəli də, 20 il əvvəli də yaxşı xatırlayırıq, xalqımız necə iztirablar çəkirdi. Vətən, yurd nisgili, həsrəti ilə sıralarımızdan nə qədər insan bu dünyadan köçdü.

Biz xoşbəxt insanlarıq ki, bu günü gördük. Xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu. Bu gün Azərbaycan tarixində olmayan qədər qüdrətli dövlətdir!

Biz gənclərlə daim ünsiyyətdəyik, onlarla fəxr edirik. Sirr deyil ki, bu gün bəzi hallarda kənardan milli-mənəvi dəyərlərimiz hücuma məruz qalır, yad ünsürlər gənclərimizi təsir altına salmağa, onların gözündə tarixi keçmişimizi, Vətənimizi, dövlətçiliyimizi təhrif etməyə çalışırlar. Ancaq heç nəyə nail ola bilmirlər. Çünki bu gənclik Prezident İlham Əliyevin dövründə yetişib, bu gənclik Qarabağ uğrunda canını, qanını verib.

Azərbaycanda yaşlı nəsil də, gənc nəsil də bir yerdədir, büt