Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.
M.Məmmədov Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib.
Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.
Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
İtkin düşmüş 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib-DİN
Bu il də 150 bal ali məktəbə qəbul üçün yetərli olacaq
"Şahdağ"da qar örtüyünün hündürlüyü 5 sm-ə çatır
Azərbaycan nefti 84,82 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Həştərxanda Xəzər Media Forumu keçiriləcək
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib
Kazanda İƏT Gənc Sahibkarların X Beynəlxalq Forumu keçirilir
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Belarus sənədləri imzalanıb
Azərbaycanda əhalinin sayı 10 milyon 190 min nəfərə çatır
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib
Rusiya-Çin ticarət dövriyyəsi 240 milyard dollara yüksəlib
Sabah Bakıda arabir yağış yağacaq,17° isti olacaq
Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik-XİN
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
Qaradağ rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
Belarus prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda apreldə gündəlik neft hasilatı 596 min barel olub