logo

Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçilib

15:15 20-12-2023 | icon 917
Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilib. Bu vəzifəyə qurumun hazırkı sədri Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi yenidən təsdiqlənib.

YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ AHİK-in dekabrın 20-də keçirilən növbədənkənar VI qurultayının gündəliyinə daxil edilib.

Qurultay iştirakçıları Səttar Möhbalıyevin yenidən AHİK-in sədri seçilməsi üçün yekdilliklə səs veriblər.

Qurultayda, həmçinin reqlamentə uyğun olaraq, qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri də təsdiq olunub.

Qeyd edək ki, Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vəzifəsini 1993-cü ildən icra edir.