logo

Ceyhun Bayramov Rusiya prezidentinin xüsusi nümayəndəsini qəbul edib

21:49 19-12-2023 | icon 1477
Ceyhun Bayramov Rusiya prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Dekabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Xüsusi nümayəndə Mixail Şvıdkoy növbəti ildə mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.