logo

Şəhid ailələri Bibiheydəhdəki yeni mənzilləri ilə tanış olublar

19:47 30-11-2023 | icon 959
Şəhid ailələri Bibiheydəhdəki yeni mənzilləri ilə tanış olublar

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Qeyd edilib ki, bu il onlara ən azı 1500 mənzilin verilməsi nəzərdə tutulub və artıq 1100 mənzil verilib.

Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilən mənzillərin sayı artıq 5600-ə çatıb. Ümumilikdə ötən dövrdə isə onlara 14 400 mənzil verilib.