logo

Göygöl, Şahdağ və Altıağac Milli parklarına ilk qar yağıb

14:34 28-11-2023 | icon 609
Göygöl, Şahdağ və Altıağac Milli parklarına ilk qar yağıb

Milli parklar hər fəsildə özünəməxsus gözəllikləri ilə insanı valeh edir.Ötən gündən başlayaraq Göygöl, Şahdağ və Altıağac Milli parklarına ilk qar yağıb

YeniAvropa xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar yağan parkların görüntülərini təqdim edib və hər kəsi həmin gözəlliklərdən zövq almağa çağırır.

Azərbaycanda 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini özündə birləşdirir.