logo

Kür çayına 200 minə yaxın balıq körpəsi buraxılıb

15:15 06-11-2023 | icon 784
Kür çayına 200 minə yaxın balıq körpəsi buraxılıb

Balıq növlərinin bərpasına, populyasiyasının artımına dəstək vermək, balıq ehtiyatlarının mühafizəsinin zəruriliyini təşviq etmək və su bioresurslarının qorunması məqsədilə 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samux rayonunda Kür çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Rayon icra hakimiyyətindən YeniAvropa-ya verilən məlumata görə, Kür çayının sahilində keçirilən tədbirdə 200 minə yaxın balıq körpəsi çaya buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.