logo

Hacıqabul rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?

13:13 04-11-2023 | icon 889
Hacıqabul rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?

“Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Hacıqabul rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.01.2022-ci il tarixdən 15.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Hazırda iş üzrə istintaq davam edir.