logo

Azad edilmiş ərazilərdə ekosistemin bərpası uzunmüddətli prosesdir

11:11 04-11-2023 | icon 875
Azad edilmiş ərazilərdə ekosistemin bərpası uzunmüddətli prosesdir

Ekosistemin bərpası uzunmüddətli bir prosesdir. Mina təhlükəsindən xilas olmaq müəyyən vaxt aparır.

YeniAvropa xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmə zamanı səsləndirib.

Nazir bildirib k, işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə birlikdə ekosistemin bərpası istiqamətində işlər aparılır. Cəbrayıl rayonu ərazisində “Ağıllı Tingçilik”, “Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək.

Həmin ərazilərdə hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsinin yenidən qurulduğunu diqqətə çatdıran M.Babayev 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava limanları, park əraziləri də daxil olmaqla, 50 min hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirildiyini qeyd edib.