logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

10:10 03-11-2023 | icon 1022
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 63 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 123,o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.