logo

UNEC Qarabağda filial açacaq

16:56 01-11-2023 | icon 6545
UNEC Qarabağda filial açacaq

Biz Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olaraq, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin reallaşdırılmasına, Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklif edirik.

YeniAvropa xəbər verir ki, bu fikirləri UNEC-in rektoru professor Ədalət Muradov KİV-ə müsahibəsində söyləyib.

Rektor qeyd edib ki, hazırda UNEC-in Zaqatalada, eyni zamanda, Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir. Filialların yaradılması və idarəedilməsi ilə bağlı İqtisad Universitetinin zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır.