logo

Paytaxt sakini qonşu qadını  öldürdü,anasını isə yaraladı

12:31 01-11-2023 | icon 1001
Paytaxt sakini qonşu qadını  öldürdü,anasını isə yaraladı

Oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundanYeniAvropa-ya ki, araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsindəki fərdi yaşayış evlərinin birində qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.