logo

“Həzi Aslanov” metrostansiyası təmirə başlanır

12:12 01-11-2023 | icon 1309
“Həzi Aslanov” metrostansiyası təmirə başlanır

Yaxın vaxtlarda metropoliten xətlərində hərəkətin təşkili ilə bağlı dəyişiklik ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O qeyd edib ki, “Həzi Aslanov” stansiyasının dalan yolu, daha sonra stansiyanın özündə də əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.

Sədr müavini əlavə edib ki, “Həzi Aslanov” stansiyasının dönmə kamerası, demək olar, tam yararsız vəziyyətə gəlməklə narahatlıq yaradırdı: “İndi isə ən müasir inşaat metodu ilə bu stansiyanın dönmə kamerası faktiki yenidən tikiləcək. Təmirin ilk dövründə stansiya bağlanmayacaq”.

Onun sözlərinə görə, qatarların ən optimal qrafikdə buradan dönüb qayıtması mümkün olduğu halda, digər stansiyalarda belə imkan yoxdur: “Bu səbəbdən təmir dövründə hərəkətin təşkili fərqli qaydada olacaq və yaxın vaxtlarda bu barədə məlumat veriləcək”.