logo

Pakistanlı Masazırda həmyerlisinin birini öldürdü, digərini yaraladı

11:55 31-10-2023 | icon 1162
Pakistanlı Masazırda həmyerlisinin birini öldürdü, digərini yaraladı

Oktyabrın 30-da saat 21:30 radələrində bir nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, bir nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

İbtidai istintaq davam etdirilir.