Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb.
YeniAvropa-ya bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə) və ən qısa gecə (gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə olacaq.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 16:43:36-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
2024-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Komissiyanın 9-cu görüşü keçirilib
Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
“Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib
İlham Əliyev Slovakiyanın baş nazirinə qarşı törədilmiş sui-qəsdi pisləyib
Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb
Yaşıl enerjinin inkişafı üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək
Llisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Azərbaycanın turizm potensialı Frankfurt sərgisində
Günəşdə son on il ərzində ən güclü partlayış olub
Şeyxülislam Lissabonda Qlobal Forumdaiştirak edir
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb
"Günaybank”dakı əmanətlərinin qaytarılması prosesi başa çatır
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq
Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb
8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib
Biləsuvarda ağır avtoqəza: 1 nəfər ölüb, 4 yaralı var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Sinqapur prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib
Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilir
Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin görüşü keçiriləcək
Bakıda “GSMA M360 Eurasia 2024” konfransı keçirilir
Çində sayca 6-cı Azərbaycan Ticarət Evi açılıb