logo

İrandan Azərbaycana 53 kq narkotika keçirmək istədilər

15:55 30-10-2023 | icon 763
İrandan Azərbaycana 53 kq narkotika keçirmək istədilər

Oktyabrın 28-də saat 21:43-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9980 ədəd metadon M-40 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.