Azərbaycanda çörək 5 qəpik ucuzlaşıb
Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir.
YeniAvropa xəbər verir ki, oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Qiymət enməsi “Bravo”, “Bazarstore”, “Al”, “Araz”, “OBA”, “Neptun”, “Rahat”, “Sarı”, “Alvadi”, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim market”, “Baqqal” mağazalar şəbəkələrində müşahidə olunur.
Bu, cari il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enib. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4 faiz enmə olub.
Bəs çörəyin qiymətinin ucuzlaşmasına səbəb nədir?
Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230.9 ABŞ dolları təşkil etmişdir ki, bu 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.
Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına (https://competition.gov.az/) istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26.40 manat - 28.50 manat aralığındadır. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40.15 manat aralığında təşkil edirdi.
Məlumat üçün bildiririk ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Komissiyanın 9-cu görüşü keçirilib
Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
“Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib
İlham Əliyev Slovakiyanın baş nazirinə qarşı törədilmiş sui-qəsdi pisləyib
Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb
Yaşıl enerjinin inkişafı üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək
Llisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Azərbaycanın turizm potensialı Frankfurt sərgisində
Günəşdə son on il ərzində ən güclü partlayış olub
Şeyxülislam Lissabonda Qlobal Forumdaiştirak edir
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb
"Günaybank”dakı əmanətlərinin qaytarılması prosesi başa çatır
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq
Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb
8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib
Biləsuvarda ağır avtoqəza: 1 nəfər ölüb, 4 yaralı var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Sinqapur prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib
Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilir
Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin görüşü keçiriləcək
Bakıda “GSMA M360 Eurasia 2024” konfransı keçirilir
Çində sayca 6-cı Azərbaycan Ticarət Evi açılıb