logo

“Azərreyl” 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək

15:15 27-10-2023 | icon 1428
“Azərreyl” 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək

Çağırış kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək.

Azərbaycan Voleybol Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, komandamız İspaniyanın “Avarca de Monerca” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma noyabrın 9-da saat 19:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. Azərreyl səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Ukraynanın SC BALTA komandasına hər iki qarşılaşmada qalib gəlib