logo

Bu gün “Mingəçevir Reqatası-2023"ə yekun vurulacaq

11:22 27-10-2023 | icon 1477
Bu gün “Mingəçevir Reqatası-2023"ə yekun vurulacaq

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, yarışın son günündə bir və iki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2005-2006-cı, 2007-2008-ci və 2009-2010-cu il təvəllüdlü idmançılar mübarizə aparacaq.

Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən reqatanın ilk iki günündə Azərbaycan avarçəkənləri ümumilikdə 16 medal qazanıblar. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaqlar.