logo

Bu gün minifutbol yığmamız dünya çempionatında mübarizəyə başlayır

09:29 27-10-2023 | icon 1253
Bu gün minifutbol yığmamız dünya çempionatında mübarizəyə başlayır

Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, yığma G qrupundakı ilk matçında İraq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu qrupun dünən keçirilmiş açılış matçında Misir Küveytə iki cavabsız qolla qalib gəlib – 2:0.

Qeyd edək ki, Azərbaycan millisinin qrupda növbəti oyunu oktyabrın 29-da Misirə qarşı olacaq. Dünya çempionatına noyabrın 4-də yekun vurulacaq.