logo

Gimnastlarımız Avropa çempionatında 7 qızıl medal qazanıblar

10:30 23-10-2023 | icon 889
Gimnastlarımız Avropa çempionatında 7 qızıl medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha üç qızıl medal qazanıblar.

YeniAvropa xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), eləcə də Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bununla da akrobatika gimnastikası üzrə Azərbaycan millisinin qitə çempionatında qazandığı medalların sayı doqquza çatıb. Yığma daha əvvəl 4 qızıl və 2 gümüş mükafat əldə edib.