logo

“Azərreyl” Çağırış Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

20:58 18-10-2023 | icon 1351
“Azərreyl” Çağırış Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ikinci oyununa çıxıb.

YeniAvropa xəbər verir ki, komanda 1/32 finalın cavab matçında Ukraynanın "Balta" kollektivi ilə qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada "Azərreyl" rəqibini 3:0 (25:23, 25:15, 25:19) hesabı ilə məğlub edib.

Bununla da Azərbaycan təmsilçisi 1/16 finala vəsiqə qazanıb.