logo

Enerji sahəsində Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib

09:29 18-10-2023 | icon 1092
Enerji sahəsində Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib

Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov “China Energy International Group Co.Ltd” şirkətinin sədri Lyu Cesian ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib. Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.

Bərpaolunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” barədə məlumat verilib. “China Energy” şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, “yaşıl enerji”nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.