logo

Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

13:33 25-09-2023 | icon 1085
Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

Sentyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.