logo

Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb

09:09 25-09-2023 | icon 1253
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları sentyabrın 25-dən etibarən tədavülə buraxılıb.

Mərkəzi Bankdan YeniAvropa-ya bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.