logo

Bakı-Sumqayıt qatarlarında  elektron ödəniş sistemi yenidən aktivləşdirib

15:55 27-07-2023 | icon 1638
Bakı-Sumqayıt qatarlarında  elektron ödəniş sistemi yenidən aktivləşdirib

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttində Bakı-Sumqayıt sürətli elektrik qatarlarında “Visa” bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Qeyd edilib ki, sərnişinlər həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.

Məlumata əsasən, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.