XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq.
YeniAvropa xəbər verir ki, avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava