logo

UEFA Konfrans Liqası: “Neftçi” və “Sabah”ın  oyunlarının vaxtı bəlli olub

14:54 19-07-2023 | icon 1547
UEFA Konfrans Liqası: “Neftçi” və “Sabah”ın  oyunlarının vaxtı bəlli olub

Bakının “Neftçi” və “Sabah” futbol klublarının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Bakıda keçirəcəyi oyunların başlama saatı bəlli olub.

YeniAvropa xəbər verir ki, “Sabah”ın avqustun 3-də oynanılacaq matç saat 20:00-da, “Neftçi”nin ev matçı isə saat 21:00-da başlayacaq.

“Neftçi”nin ikinci mərhələdəki rəqibi “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi olacaq. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.

“Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda isə RFŞ minimal hesablı qələbə qazanıb - 1:0.

Qeyd edək ki, Konfrans Liqasındakı digər təmsilçimiz “Qəbələ”nin oyunlarının saatı daha əvvəl açıqlanmışdı. İyulun 27-də Qəbələdə Kiprin "Omoniya" klubu ilə keçiriləcək oyun saat 20:00-da, avqustun 3-də səfərdə keçirəcək qarşılaşma isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.