logo

Futbolçu hakimi döydükdən sonra intihar etdi

13:13 19-07-2023 | icon 1575
Futbolçu hakimi döydükdən sonra intihar etdi

Argentinada oyun vaxtı hakimə hücum etdiyi üçün adam öldürməyə cəhddə ittiham olunan həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,həyat yoldaşı onun intihar etdiyini bildirib.

Qatar stansiyasının yaxınlığında tapılan 24 yaşlı futbolçu başından güllə yarası aldığı üçün vəfat edib. 

Qeyd edək ki, Uilyams Aleksandr Tapon həvəskarların turnirində hakimi vəhşicəsinə döyüb. Ölkə qanunlarına görə, idman tədbirində qəsdən adam öldürməyə cəhd  maddəsi üzrə futbolçunu 10-15 il müddətinə həbs cəzası gözləyirdi.