logo

“Azercell” əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün “Turist” tariflərini təqdim edir

20:52 18-07-2023 | icon 2226
“Azercell” əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün “Turist” tariflərini təqdim edir

"Azercell Telekom” Azərbaycan Respublikasına səfər edən turist və əcnəbi vətəndaşlar üçün yeni yaradılmış tarifləri istifadəyə verir.

YeniAvropa xəbər verir ki, xüsusi və unikal təklif çərçivəsində ölkəmizin qonaqları 3 tarif paketindən birini seçib pulsuz nömrə əldə edəcəklər: Turist Paketi Xoş Gəldin, Turist Paketi Super, Turist Paketi Maks.

Qiyməti 39 AZN-dən başlayan tarif paketlərinə ölkədaxili və beynəlxalq dəqiqələr, internetlə yanaşı, sosial şəbəkələr üçün əlavə internet trafik də daxildir.

Hər üç tarif paketdə təqdim olunan sosial şəbəkələr üçün internet trafik “WhatsApp”, “Facebook”, “Instagram”, “Snapchat” və “TikTok” tətbiqlərində istifadə oluna bilər.

Paketlərə Azercell-in satış və xidmət mərkəzlərində qoşulmaq mümkündür.

Tariflər barədə ətraflı məlumatı https://bit.ly/tourist-pack ünvanında əldə etmək olar.