logo

Bakıda Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçiriləcək

15:15 17-07-2023 | icon 1435
Bakıda Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçiriləcək

Bakıda ilin sonunadək Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasının keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclasında çıxışı zamanı bildirib.

KOBİA sədri deyib: "Qürurla qeyd edə bilərəm ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) üzvü olan MDB, Fars körfəzi və Şimali Afrika ölkələri ilə ikitərəfli əməkdaşlığımız genişlənib. Palataların əksəriyyəti ilə anlaşma memorandumları imzalamışıq. Bu memorandumlar perspektivdə biznesə dəstək üzrə birgə addımlarımızı müəyyən edir. Bundan başqa, Agentliyimiz bir sıra biznes şuraların həmsədridir. Belə ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iki iclasını keçirmişik. Bunlardan sonuncusu ötən ay Şuşada keçirildi. Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasının ilin sonunadək keçirilməsi planlarımıza daxildir”.