logo

6 ayda azad olunmuş ərazilərin yenidən qurulmasına 2 milyard manat xərclənib

13:53 17-07-2023 | icon 1316
6 ayda azad olunmuş ərazilərin yenidən qurulmasına 2 milyard manat xərclənib

Bu ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3000,0 milyon manat vəsaitin altı ay ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sənədlər əsasında 65,6 faizi və ya 1967,9 milyon manatı istifadə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.Qeyd edilib ki, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilmişdir ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.